Rusiya “Amazon”u cərimələdi
02.02.2024 11:00 Dünyadan reaksiya 108
Rusiyanın paytaxtı Moskvanın Taqanski Rayon Məhkəməsi ABŞ-nin “Amazon” şirkətini 2 milyon rubl cərimələyib.
Reaksiya.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təşkilat ləğv edilməli olan məlumatları silməməkdə təqsirli bilinir (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi).
Qeyd edək ki, “Amazon” qanunu pozduğuna görə Rusiyada dəfələrlə məsuliyyətə cəlb edilib. 2022-ci ilin oktyabrında şirkət narkotik vasitələri təbliğ edən qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə Rusiya tərəfindən 3 milyon rubl, ötən ilin noyabrında isə ölkədə qadağan olunmuş məlumatların yerləşdirilməsinə görə 1 milyon rubl məbləğində cərimələnib.
Şərhlər