Türkiyədə İsrail casusu olduğu iddia edilən 7 nəfər saxlanılıb

02.02.2024 16:15     Dünyadan reaksiya     92

Türkiyədə İsrailə casusluq etdiyi iddia olunan 7 nəfər saxlanılıb. 

Reaksiya.az “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən şəxslər Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və polis tərəfindən həyata keçirilən əməliyyat zamanı tutulublar. 

Saxlanılanların əldə etdikləri məlumatları xüsusi dedektivlər vasitəsilə MOSSAD-a satdıqları bildirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar