Finlandiyada tətil səbəbindən ictimai nəqliyyat dayanıb - 360 milyon zərər...

02.02.2024 16:30     Dünyadan reaksiya     118

Həmkarlar ittifaqının əmək bazarı islahatlarına qarşı etiraz aksiyası nəticəsində Finlandiyada ictimai nəqliyyat demək olar ki, tamamilə iflic vəziyyətinə düşüb. Reaksiya.az xarici mediaya istinadla xəbər verir ki, ölkədə şəhərətrafı qatarlar ləğv edilir, tramvaylar işləmir, metro dayanıb, hava hərəkəti, demək olar ki, tamamilə yoxdur. Bildirilir ki, həmkarlar ittifaqları pensiya islahatlarından, xəstəlik və işsizlik müavinətlərinin azaldılmasından narazılıqlarını bildirirlər. Bu təşəbbüslər ölkə hökuməti tərəfindən dəstəklənir. Fevralın 1-də hesab olunurdu ki, əmək bazarı islahatlarına qarşı həmkarlar ittifaqının tətili ölkə həyatının, demək olar ki, bütün sahələrinə təsir göstərəcək və iqtisadiyyata 360 milyon avroya başa gələcək. Həmçinin qeyd olunur ki, ölkədə nəqliyyatın dayanması ilə yanaşı, bir sıra müəssisələr fəaliyyətini dayandıracaq, mağazalar bağlanacaq, otellər, restoranlar, banklar, təmizlik şirkətləri, poçt şöbələri, çatdırılma xidmətləri fəaliyyət göstərməyəcək. Yanvarın 19-da bildirildi ki, Finlandiyada tətillər sursat zavodunun işinə təsir göstərəcək və bu, onların Ukraynaya tədarükünə təsir edəcək. Reaksiya.az

Şərhlər