Sulduzda silahlı insident: ölən və yaralanan var

02.02.2024 16:45     Dünyadan reaksiya     92

Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində silahlı insident baş verib. Reaksiya.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bildirilib ki, hadisə şəxsi münaqişə zəminində baş verib. Silahlı şəxs qayınatasını öldürüb, qaynını isə yaralayıb. Həbs edildiyi bildirilən cinayətkarın kimliyi açıqlanmayıb. Reaksiya.az

Şərhlər

Çox oxunanlar