Britaniyadan nüvə xəbərdarlığı: Atlantik okeanında başlayır

02.02.2024 19:15     Dünyadan reaksiya     124

Böyük Britaniya 2016-cı ildən bəri ilk dəfə Atlantik okeanında sualtı gəmidən nüvə raketini sınaqdan keçirəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Gəmiçilik şirkətlərinə xəbərdarlıq edilib ki, “Vanguard” sualtı gəmisi okeana çatan kimi sınaqlar başlayacaq.

Saxta döyüş başlığının istifadə ediləcəyi sınaq fevralın 4-dən əvvəl sahildən təxminən 90 km aralıda keçiriləcək.

Böyük Britaniya sonuncu dəfə 2016-cı ildə nüvə silahını sınaqdan keçirib.

Reaksiya.az

 

 

Şərhlər