Bayden: İraq və Suriyaya zərbələr mənim əmrimlə endirilib
03.02.2024 10:00 Dünyadan reaksiya 132
ABŞ İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ilə əlaqəli hədəfləri bombalayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin yazılı bəyanatında deyilir.
Sənəddə deyilir: “Bu gün (2 fevral-red) günortadan sonra Birləşmiş Ştatların Silahlı Qüvvələri mənim əmrimlə Suriya və İraqda Sepah və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib.
Bayden həmçinin qeyd edib ki, ABŞ cümə günü İordaniyadakı silahlı qüvvələrinə hücumla bağlı cavab tədbirləri görüb, İraq və Suriyaya hücumlar davam edəcək. Eyni zamanda, ABŞ Prezidenti əlavə edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişəyə can atmır.
Şərhlər