"Xəzər canavarı" geri qayıdır

23.08.2015 07:58     Dünyadan reaksiya     2135

Rusiya yenidən "Xəzər canavarı" olaraq tanınan, mindən çox zirehli texnika daşıya bilən hava-dəniz nəqliyyat vasitəsi "ekranoplan" istehsalına başlayır.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə Çexiyanın nüfuzlu idnes.cz xəbər portalının məlumatında deyilir. Xəbərdə bildirilir ki, Rusiya ekranoplan istehsalını 1998-ci ildən bu yana iqtisadi səbəblərdən dayandırmışdı. Bu gün məsələ yenidən gündəmdədir. Həmçinin bildirilir ki, ilk ekranoplanın istehsalına artıq başlanılıb.

Şərhlər