Türkiyədə DƏHŞƏTLİ YANĞIN - Fabrik alovlara təslim oldu

03.02.2024 18:36     Dünyadan reaksiya     86

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən kimya fabrikində yanğın baş verib. Reaksiya.az "Haberler.com"a istinadən xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik fabrikdə baş verən yanğını söndürmək üçün 50-dən çox texnika cəlb edilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Yanğın yanğınsöndürmə briqadaları tərəfindən nəzarətə götürülüb. Hazırda fabrikdə soyutma işləri davam edir. Reaksiya.az

Şərhlər