İraqda ümummilli matəm elan edildi
03.02.2024 20:45 Dünyadan reaksiya 118
Iraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.
Bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir.
“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”, - fərmanda bildirilir.
İraq hökumətinin məlumatına görə, bombardman nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.
Şərhlər