“Google”un qurucusu Rikoda şəxsi ada aldı
04.02.2024 09:00 Dünyadan reaksiya 122
"Google"un həmtəsisçisi Larri Peyc Puerto-Rikodakı şəxsi Cayo Norte adasını gizli şəkildə 2018-ci ildə 32 milyon dollara satın alıbmış.
Reaksiya.az oxu.az-a istinadən bildirir ki, Peyc adanı ABŞ "Virgin Island Properties" adlı məhdud məsuliyyətli şirkət vasitəsilə alıb. Peyc və onun həyat yoldaşı Lyusinda Sautvort bu şirkətin qəyyumları və faktiki sahibləridirlər.
Qeyd edək ki, indi "Google" yaradıcısının Karib dənizində və Cənubi Sakit okeanda ən azı beş şəxsi adası var. Peyc və onun nümayəndələri "Business Insider"in sorğularına cavab verməyiblər.
Şərhlər