G7 zirvəsi Rusiyasız

08.06.2015 13:03     Dünyadan reaksiya     1851

Ukrayna və Yunanıstan məsələsi G7 Zirvəsinin gündəmində

Geniş ölçülü etirazlara səhnə olan G7 Zirvəsinin liderləri, Almaniyanın Bavyera əyalətindəki Krunk şəhərində yerləşən Elmau Sarayında ilk yığıncaq keçirilib.

Ukrayna böhranı və Yunanıstanın borc böhranının ana gündəm maddəsi olacağı iki günlük zirvədə, Almaniya Baş naziri Merkel və ABŞ prezidenti Obamanın zirvədən əvvəl verdiyi açıqlamalarda işarə etdiyi kimi Rusiyaya qarşı yeni sanksiya qərarı alınması gözlənilir. Digər tərəfdən AB rəsmilərinə yaxın mənbəələr Rusiyanın “RİA Novosti” agentliyinə verdikləri açıqlamada, sanksiyaların genişləndirilməsinin söz mövzusu olmadığını, sanksiyaların əhatəsinin eyni qalacağını söyləyib.

ABŞ prezidenti Obama, iki gün ərzində Elmau Sarayında iki ölkənin ortaq gələcəyinin müzakirə edərək qeyd edib ki, Rusiya Ukraynaya qarşı təcavüzkar davranıb. Obama, "Önümüzdəki iki gün ərzində yaxın gələcəyimiz, dünya iqtisadiyyatı, məşğulluq sahələri və imkanlar, firavan AB ilə Atlantik üzərindən yeni bir ticarət ortaqlıq yaradılması nöqtəsində əlaqələrin gücləndirilməsi, radikal şiddət və Rusiyanın Ukraynaya tətbiq etdiyi şiddəti danışacağıq" – fikirlərini sözlərinə əlavə edib.

AB Şurasının sədri Donald Tusk isə təşkil etdiyi mətbuat konfransında G7 - nin Rusiyanı yenidən masada görmək istəyəcəyini söyləmişdi.

Şərhlər