Meşə yanğını 19 nəfərin həyatına son qoydu

04.02.2024 12:00     Dünyadan reaksiya     120

Çilinin mərkəzi və cənub hissələrini əhatə edən meşə yanğınlarında 19 nəfər həyatını itirib.

 

Reaksiya.az xəbər verir ki, ölkənin daxili işlər naziri Karolina Toha yanğınlarla bağlı keçirdiyi mətbuat konfransında ölənlərin sayının daha da arta biləcəyini söyləyib. O, indiyə qədər 43 min hektar ərazinin yanaraq külə döndüyünü qeyd edib.

 

Çili Prezidenti Qabriel Boriç sosial media hesabında bölgədə fövqəladə vəziyyət elan etdiklərini bildirərək, yanğınlara müdaxilə etmək üçün bütün qrupların ölkənin mərkəzi və cənub bölgələrinə yönləndiriləcəyini deyib. O, yanğınlarla mübarizə üçün bütün texniki və insan resurslarına malik olduqlarını və fəlakətdən zərər çəkənləri tək qoymayacaqlarını bildirib.

 

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Çilidə meşə yanğınları nəticəsində 27 nəfər həlak olmuşdur.

Reaksiya.az

Şərhlər