“Cənab Şolts niyə Putinlə görüşmür?”
04.02.2024 13:00 Dünyadan reaksiya 114
Almaniya kansleri Olaf Şolts Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməlidir.
Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təkliflə Ukraynanın Almaniyadakı keçmiş səfiri və bu ölkənin Braziliyadakı hazırkı səfiri Andrey Melnik çıxış edib.
“Cənab Şolts niyə Putinlə görüşmür? Bəlkə də indi onu Almaniyaya pivəyə dəvət etməyə və ya özünüz Moskvaya uçmağa ehtiyac yoxdur. Amma hətta Soyuq müharibə dövründə də görüşlər olub, məsələn, İslandiyada”, - deyə Melnik bildirib.
Şərhlər