Egey dənizində 69 qanunsuz miqrant saxlanıldı

04.02.2024 14:00     Dünyadan reaksiya     104

Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Çanaqqalanın Ayvacık rayonu yaxınlığında rezin qayıq vasitəsilə qanunsuz yollarla dənizi keçməyə cəhd göstərən 39 miqrant saxlanılıb.

Reaksiya.az xəbər verir ki, əraziyə baxış zamanı başqa bir rezin qayıqda daha 30 nəfər yaxalanıb.

Aralarında qadın və uşaqların da olduğu miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyən edilib.

Reaksiya.az

Şərhlər