Rus astronavt dünya rekordu qırdı

04.02.2024 14:15     Dünyadan reaksiya     118

Beynəlxalq Kosmik Stansiyada “Roskosmos”un astronavt dəstəsinin komandiri Oleq Kononenko orbitdə ümumi qalma üzrə dünya rekordu qırıb.

Reaksiya.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu gün Moskva vaxtı ilə saat 11:30-da (Bakı vaxtı ilə 12:30) Kononenko beş missiya (1998-2015-ci illər) ərzində kosmosda ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 48 saniyə keçirmiş rus kosmonavt Qennadi Padalkanın nailiyyətini üstələyib. O, hazırda karyerası ərzində beşinci kosmik uçuşunu keçirir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, iyunun 5-də ayında o, kosmosda 100 sutkadan çox qalan ilk insan olacaq.

Reaksiya.az

Şərhlər