20 yaşlı “Facebook”
04.02.2024 17:15 Dünyadan reaksiya 122
Bu gün feysbuk sosial şəbəkəsinin istifadəyə verilməsinin 20 illiyi tamam olur.
Reaksiya.az xəbər verir ki, əvvəlcə ABŞ-nin nüfuzlu universitetlərində tələbələr arasında ünsiyyət üçün icad edilən sosial şəbəkə bütün dünyada populyarlıq qazanıb.
Ondan hər ay 3 milyard insan, planetin əhalisinin təxminən 40%-ni fəal şəkildə istifadə edir.
Şirkət vatsap və instaqram kimi məşhur proqramları özündə birləşdirərək illər ərzində sürətlə inkişaf edib.
Stilini dəyişdirən və 2021-ci ildə “Meta” adı ilə yoluna davam etmək qərarına gələn şirkət, məlumat təhlükəsizliyi, rəqabət pozuntuları və senzura ilə bağlı illər ərzində yaşanan qalmaqallar və tənqidlərin kölgəsində işini davam etdirir.
Şərhlər