Türkiyənin yeni yerli avtomobili - "TOGG"a rəqib gəlir
05.02.2024 09:30 Dünyadan reaksiya 240
Türkiyə "TOGG"dan sonra daha bir yerli avtomobili istehsal etməyə hazırlaşır.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, texnologiya şirkəti "Reeder" ilk avtomobilini bu il istehsal etməyi planlaşdırır.
Məlumata görə, markası "Reeder" olan elektrikli avtomobilin 80 faizi yerli istehsal olacaq.
"Reeder Technology" şirkətindən bildirilib ki, 30 avqust 2024-cü ildə ilk sınaq avtomobili Samsunda xətdə buraxılacaq.
Şərhlər