Yunanıstanda fermerlər magistral yolu bağladı

04.02.2024 18:30     Dünyadan reaksiya     113

Yunan fermerlər etiraz əlaməti olaraq Saloniki-Moudania magistral yolunu traktorlarla bağlayıblar.

Reaksiya.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.

Bildirilib ki, etirazlar şənbə günü, fevralın 3-də on minlərlə insanın iştirak etdiyi ölkənin ən böyük sənaye sərgisi olan “Aqrotika”da başlayıb.

Belə ki, kənd təsərrüfatında vəziyyətin yaxşılaşdırılması üçün hökumətin təklif etdiyi təşəbbüslər istehsalçıları qane etməyib.

Ölkənin Baş naziri Kiriakos Mitsotakis, may ayından sentyabr ayına qədər fermerlər üçün elektrik enerjisinin dəyərinin 10 faiz azaldılacağını, dövlətə məxsus elektrik şirkəti PPC-yə olan borcun bir hissəsinin silinəcəyini və 87 milyon avronun hissə-hissə ödəniləcəyini açıqlayıb. Bundan əlavə, hakimiyyət kənd təsərrüfatı üçün günəş parklarının tikintisinə subsidiya verəcək.
 

Reaksiya.az

Şərhlər