Netanyahu: HAMAS-ın 24 taborundan 17-i məhv edilib

04.02.2024 19:00     Dünyadan reaksiya     113

İsrail Ordusu HAMAS-ın Qəzza sektorundakı 24 taborundan 17-ni məhv edib.

Reaksiya.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün İsrail Baş naziri Binyamin Netanyahu hökumətin iclasında bildirib.

Baş nazir deyib ki, əsas məqsəd HAMAS-ı məhv etməkdir: “Bu məqsədə çatmaq üçün ilk öncə HAMAS-ın taborlarını məhv etmək lazımdır. HAMAS-ın taborlarının əksəriyyəti hazırda Qəzza sektorunun cənubunda və Rafahdadır”.

Reaksiya.az

 

 

 
 

 

Şərhlər