Kahramanmaraşda ZƏLZƏLƏ
05.02.2024 16:30 Dünyadan reaksiya 106
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
Reaksiya.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Dulkadiroğlu rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Şərhlər