"Əlavə gömrük rüsumları tətbiq edəcəyəm" - Tramp SÖZ VERDİ

05.02.2024 18:30     Dünyadan reaksiya     116

ABŞ Çinə qarşı proteksionist siyasətini ağrlaşdıra bilər.

Reaksiya.az Sfera.az-a istinadən xəbər verir ki, ABŞ-nin sabiq Prezidenti Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Çin mallarına əlavə gömrük rüsumları tətbiq edəcəyini bildirib.

Məlumata görə, tariflər 60%-dən də çox ola bilər. Tramp Çini ədalətsiz ticarət fəaliyyətində və əqli mülkiyyət oğurluğunda ittiham edib:

"Bilirsiniz, açıq-aydın mən Çini incitmək niyyətində deyiləm, əksinə, anlaşmaq istəyirəm. Lakin onlar, həqiqətən, bizim ölkədən istifadə ediblər".

Qeyd edək ki, ABŞ iyirmi ildən artıqdır ki, Çinin ən böyük ixrac bazarıdır. Tramp administrasiyası ilk dəfə 2018-ci ildə Çin idxalını məhdudlaşdırmağa yönəlmiş tariflər tətbiq etməyə başlayıb.

Tramp prezidentliyi dövründə yüz milyardlarla dollar dəyərində Çin mallarına tariflər tətbiq edib. Bu da dünyanın iki ən böyük iqtisadiyyatı arasında böyük narazılıq yaradıb.

Reaksiya.az

Şərhlər