Ukraynalı general: “Tərəfdaşlarımızdan F-16 qırıcıları gözləyirik”

05.02.2024 19:00     Dünyadan reaksiya     87

Kiyev Ukraynanın tərəfdaşlarının növbəti hərbi yarım paketinə F-16 qırıcılarının verilməsi məsələsinin də daxil ediləcəyini gözləyir.

Reaksiya.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev deyib.

O bildirib ki, Ukrayna 300-500 kilometrlik mənzilli raketlərin təhvil veriləcəyinə ümid edir: “Bu, bizə döyüş meydanında daha böyük uğurlar əldə etməyə və ərazimizi azad etməyə imkan verəcək”.

Generalın sözlərinə görə, Ukrayna indiyə kimi Qərbdən müxtəlif növ silahlar, o cümlədən raketlər alıb.

Reaksiya.az

Şərhlər