Qazaxıstan Transxəzər dəhlizi ilə neft tranzitini artıracaq

06.02.2024 09:30     Dünyadan reaksiya     109

Qazaxıstan Transxəzər dəhlizi ilə neft tranzitini artırmağı planlaşdırır.

Reaksiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. 

"Ötən il Qazaxıstan Transxəzər marşrutu ilə 1 milyon ton neft nəql edib. 2024-cü ildə bu rəqəmin 1,5 milyona, növbəti iki ildə isə 3 milyon tona çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunur. 

Reaksiya.az

Şərhlər