Ukraynada müharibə ərəfəsində seçki olmayacaq

06.02.2024 09:45     Dünyadan reaksiya     104

Ukrayna müharibə zamanı seçkilərin keçirilməsini istisna edir.

Reaksiya.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bildirib. O qeyd edib ki, bu yaz, ya da hərbi vəziyyət aradan qaldırılana qədər seçkilər olmayacaq.

“Seçkilər yalnız hərbi vəziyyət ləğv edildikdə keçirilə bilər”, - Danilov deyib.

Reaksiya.az

Şərhlər