Paşinyanın komandası çat verib - Simonyanla Qriqoryan “döyüşür”
06.02.2024 13:45 Dünyadan reaksiya 137
2026-cı il seçkiləri ərəfəsində Ermənistan hökuməti daxilində mübarizə qızışır, parlamentin spikeri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bəziləri özlərini Ermənistanın hazırkı baş naziri Nikola Paşinyanın əvəzedicisi kimi təqdim etməyə başlayıblar.
Reaksiya.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzetinin məqaləsində bildirilib.
Qeyd olunur ki, Alen Simonyan Rusiyanın, Armen Qriqoryan isə Qərbin dəstəyinə arxalanır.
“Onlar bu tamaşalara o qədər ciddi yanaşdılar ki, pərdə arxasında bir-birlərinə palçıq atmağa başladılar. Simonyan uzun müddət Paşinyanın gözündə Qriqoryanın rolunu minimuma endirməyə çalışıb. Sonuncu, öz növbəsində, "Synerdzhi" şirkətinin tenderlərində iştirak edən Simonyan ailəsinin izinə düşə bilib", - “Joğovurd” qeyd edir.
Xatırladaq ki, bir neçə gün öncə Alen Simonyanın qardaşı arvadı şübhəli tenderlərlə bağlı cinayət işinə görə saxlanılıb.
Şərhlər