Türkiyədə ədliyyə binasına HÜCUM - Ölən və yaralananlar var
06.02.2024 14:30 Dünyadan reaksiya 116
İstanbulda Çağlayan Ədliyyə Sarayının C qapısı qarşısında atışma baş verib. Reaksiya.az "Haberler.com"a istinadən xəbər verir ki, vətəndaşlar təşviş içində yerə uzanıb. Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb edilib. Məlumata görə, hadisə zamanı 2 nəfər həyatını itirib. 2-si polis olmaqla 3 nəfər yaralanıb. İki silahlı zərərsizləşdirilib. Məhkəmə binasına giriş və çıxışlar bağlanıb. İnternetdə yayımlanan görüntülərdə mühafizəçilərin vətəndaşları daha təhlükəsiz yerlərə yönləndirdiyi anlar əks olunub. Reaksiya.az
Şərhlər