“Rusiya hücum etsə, İngiltərə onu dəf edə bilərdi” - Sunak

06.02.2024 14:45     Dünyadan reaksiya     119

Moskva hücum həyata keçirmək qərarına gəlsə, Britaniya Rusiyanın hücumunu dəf etməyə hazır olacaqdı. Reaksiya.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bunu TalkTV-də teleaparıcı Pirs Morqana müsahibəsində bildirib. "Bəli, mənim işim ümumi təhlükəsizliyimizi təmin etməkdir" deyən baş nazir, Rusiyanın Böyük Britaniyaya "silah qaldıracağı" təqdirdə krallığın hücumu dəf etməyə hazır olub-olmaması ilə bağlı suala cavab verib. “Məncə, biz yaxşı qorunmuşuq və müdafiəyə kifayət qədər sərmayə qoymuşuq. Biz NATO-da müdafiəyə ən çox pul xərcləyən ikinci ölkəyik”, - deyə Sunak əlavə edib. Onun sözlərinə görə, dünyada vəziyyət getdikcə gərginləşdiyindən London müdafiə xərclərini artırır. Bununla bağlı o, Yəmən döyüşçülərinin Qırmızı dənizdə gəmiçiliklə bağlı yaratdığı təhlükəni xatırladıb. Hökumət başçısı eyni zamanda Moskvanın Qərblə qarşıdurmada “strateji məğlubiyyətə uğraması” tezisini təkrarlayıb, Ukraynadakı müharibənin NATO müttəfiqlərini birləşdirdiyini deyib və əlavə edib ki, indi onlar Rusiya Federasiyası və ya digər ölkələrin təcavüzünü dəf etməyə daha yaxşı hazırdırlar. Reaksiya.az

Şərhlər