BMT-dən suriyalı qaçqınlarla bağlı - Açıqlama
23.08.2015 11:38 Dünyadan reaksiya 2521
Suriyadan qaçan 100 mindən çox fələstinli başqa ölkələrə pənah aparıb.
Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Kömək Agentliyi (UNRWA) Suriyadakı vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana Avropa və Ərəb ölkələrinə sığınan fələstinlilərin sayının 100 mindən çox olduğunu açıqlayıb.
Agentlik tərəfindən edilən açıqlamada "Müharibənin başladığı 2011-ci ilin martından bu yana Suriyada yaşayan fələstinli qaçqınların 15 min 500-ü İordaniyaya, 45 mini Livana, 6 mini də Misirə sığınıb" bildirilib.
Açıqlamada Suriyadan Avropa ölkələrinə sığınan fələstinlilərin sayı isə 36 min olaraq qeyd edilib.
Suriyada sayları 500 mini keçən fələstinli qaçqınlar rejim ilə müxaliflər arasında 4 ildən artıq müddətdir ki, davam edən daxili müharibə şəraitində ağır şərtlər altında yaşayır.
Şərhlər