Kobaxidze: “Ukraynada Rusiya ilə münasibətlərimizi pisləşdirməyə çalışan qüvvələr var”
06.02.2024 17:30 Dünyadan reaksiya 128
Ukraynada bir sıra siyasətçilər Gürcüstanla Rusiya arasında münasibətləri pisləşdirməyə çalışırlar ki, bu da təşviş doğurur.
Reaksiya.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidze bildirib.
“Bu insanlar dövlətə qarşı bəd niyyətlərini gizlədə bilmirlər. Onlar Gürcüstanda ikinci cəbhə açmaq, çətin ssenarilərin inkişafını istəyirlər”, - o bildirib.
Ukrayna səfirliyinin məsələ ilə bağlı bəyanatına münasibət bildirən Kobaxidze qeyd edib ki, Kiyevin Gürcüstanda səfirliyi olsaydı, yəqin ki, belə bəyanat verməzdi.
Qeyd edək ki, fevralın 5-də Ukraynanın Odessa vilayətindən Rusiyanın Voronej bölgəsinə gedən partlayıcı yük Gürcüstanda saxlanılıb. Cinayətdə 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı şübhəli bilinir. Cinayəti təşkil etməkdə Ukrayna vətəndaşı, Gürcüstanın Batumi şəhərindən olan Aleksandr Şaraşidze ittiham olunur.
Şərhlər