Şarl Mişel: "Ukraynaya daha çox hərbi yardım göstərilməsi təcili məsələdir"
06.02.2024 18:00 Dünyadan reaksiya 132
Ukraynaya daha çox silah-sursat və hava hücumundan müdafiə sistemi ilə dəstək verməyin təcili olduğunu anlayırıq və bu məsələnin dərin müzakirəsini gözləyirik.
Reaksiya.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel deyib.
“Ukraynaya daha çox sursat, 1 milyon mərmi söz verdik və hamımız birlikdə Avropa Şurasında verdiyimiz bu əsas vədi yerinə yetirməliyik”, - o qeyd edib.
Ş.Mişel əlavə edib ki, Aİ ölkələrinin yeni mexanizmi - Avropa Sülh Mexanizmini işə salmaq qərarına gəldiklərini unutmamaq lazımdır: “Bu mexanizm Ukraynanı dəstəkləmək üçün son dərəcə faydalıdır, biz ondan çox istifadə etmişik, amma görürük ki, bu mexanizmdə islahatlara ehtiyac var. Ali Nümayəndə tərəfindən masaya qoyulan təklif əsasında biz daha çox irəliləyiş əldə etmək qərarına gəldik. Yəqin ki, bu mexanizmə daha çox pul ayırmaq lazımdır”.
Şərhlər