Putinin Federal Məclisə müraciətinin ilkin tarixi açıqlandı
06.02.2024 19:00 Dünyadan reaksiya 118
Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə illik müraciəti 28 fevral – 8 mart aralığında baş tuta bilər.
Reaksiya.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Peskov Rusiya liderinin müraciətinin sözügedən tarixlərdə keçiriləcəyi ilə bağlı “Kommersant” qəzetinin yaydığı məlumatı şərh edərkən “Bunu istisna edə bilmərik” deyib.
Qeyd edək ki, “Kommersant” Prezident Administrasiyasına yaxın dörd mənbəyə istinadən Putinin müraciətinin 28 fevral – 8 mart aralığında bir tarixdə baş tutacağını yazıb.
Şərhlər