Ermənistan prezidenti macarıstanlı həmkarı ilə GÖRÜŞDÜ

06.02.2024 19:15     Dünyadan reaksiya     77

Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan Macarıstan Prezidentinin iqamətgahına - Şandor Sarayında olub, burada ölkə prezidenti Katalin Novak ilə görüşüb.

Reaksiya.az "Armenpress"ə istinadən xəbər verir ki, bu, Xaçaturyanın Macarıstana səfəri çərçivəsində baş tutub.

İki ölkə prezidentinin təkbətək söhbəti olub, sonra geniş tərkibdə görüş keçirilib. Görüşdən sonra Ermənistanın sosial elmlər nazirinin müavini Artur Martirosyan və Macarıstanın mədəniyyət və innovasiyalar üzrə dövlət katibi Balazs Hanko əməkdaşlıq memorandumu imzalayacaqlar.

Qeyd edək ki, Ermənistan prezidenti Vahaqn Xaçaturyan Budapeştdə rəsmi səfərdədir. Rəsmi səfər çərçivəsində o, Macarıstanın baş naziri Viktor Orban və Milli Assambleyanın sədri Laslo Köver ilə də görüşəcək. Xaçaturyan həmçinin Macarıstanın erməni icmasının nümayəndələri ilə də görüşəcək.

Reaksiya.az

Şərhlər