Cənubi Koreya Səudiyyəyə 3,2 milyard dollarlıq raketdən müdafiə sistemi göndərəcək
06.02.2024 20:15 Dünyadan reaksiya 193
Cənubi Koreyanın müdafiə şirkəti "LIG Nex1" Səudiyyə Ərəbistanına 3,2 milyard ABŞ dolları dəyərində "M-SAM II" zenit-raket kompleksləri tədarük edəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, "M-SAM II" zenit-raket kompleksləri 40 km-ə qədər yüksəklikdə raketləri zərərsizləşdirməyə qadirdir.
"LIG Nex1" şirkəti bu sistemləri təchiz etmək üçün 2022-ci ilin yanvarında BƏƏ ilə saziş imzalayıb.
Şərhlər