Rusiyadan dünyaya gözdağı

23.08.2015 11:54     Dünyadan reaksiya     2276

Rusiyanın Həştərxan əyalətində yerləşən "Kapustinyar" poliqonunda qitələrarası ballistik raket sınağı keçirilib.

Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrindən edilən açıqlamada RS-12? "Topol" qitələrarası ballistik raketinin Həştərxandakı "Kapustin yar" poliqonundan alovlandırıldığı qeyd olunub.

Bəyanatda raketin Qazaxıstanda yerləşən "Sarı-Şagan" poliqonundakı hədəfi tam dəqiqliklə vurulduğu ifadə edilib.

Təxminən 45 ton ağırlığında RS-12? "Topol" qitələrarası ballistik raketi 10 min kilometr uzaqlığa gedə bilib.

Şərhlər