Bizə güclü və döyüşə hazır ordu indi lazımdır - Arutyunyan
07.02.2024 11:00 Dünyadan reaksiya 106
Güclü və döyüşə hazır ordu Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin edən ən mühüm amillərdən biridir.
Reaksiya.az xəbər verir ki, bu sözləri Ermənistanın Rusiya səfiri Vaqarşak Arutyunyan Ermənistan silahlı qüvvələrinin yaradılmasının 32-ci ildönümü münasibətilə səfirlikdə keçirilən qəbulda deyib.
O, “xüsusilə bölgədəki mövcud vəziyyəti nəzərə alaraq”, orduda islahatların aparılmasının vacibliyini vurğulayıb.
Qəbulda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, xarici dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri, hərbi attaşelər, erməni kilsəsi və icmasının nümayəndələri iştirak ediblər.
Şərhlər