“Düşmən 8 bölgəni ilhaq etmək istəyirdi” - Poroşenkodan sərt açıqlama
23.08.2015 12:22 Dünyadan reaksiya 2542
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində və Rusiya sərhədində yerləşən Xarkov bölgəsinə gedib və əsgərlər qarşısında çıxış edərək önəmli açıqlamalar verib.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı CİHAN agentliyi yayıb.
O bildirib ki, Ukraynanın düşmənlərinin məqsədi 8 regionu ilhaq etmək olub: “Ordumuz düşmənin Ukraynanın içərilərinə doğru irəliləməsini əngəllədi. Onlar isə Krım və Sevastopoldan başqa, ən azı 8 bölgəni ilhaq etməyi planlaşdırırdı. Elə indinin özündə də münaqişələrin daha geniş bir bölgəyə yayılma ehtimalı var".
Ukraynanın bir il əvvələ nisbətən hücumlara qarşı daha hazırlıqlı olduğunu ifadə edən Poroşenko Minskdə imzalanan atəşkəs razılaşmasından sonra Ukraynanın müdafiə qabiliyyətinin artdığını deyib.
Poroşenko Xarkov bölgəsində silahlı qüvvələrə 170 zirehli maşın və tankın təslim mərasimində iştirak edib. Orduya verilən zirehlilər içərisində mobil raket sistemlərilə yanaşı ABŞ tərəfindən verilən 20 ədəd Hummer da var.
Mərasim Poroşenkonun terrorla mübarizədə uğur qazanan əsgərlərə medal verməsi və zirehli maşın keçidi ilə sona çatıb.
Şərhlər