Məhkum həbsxana rəhbərliyini tutdurdu, təcridxanada meyidi tapıldı
07.02.2024 12:45 Dünyadan reaksiya 178
Həbsxanada işgəncələrə məruz qalan məhkum Tahirjon Bakiyev İrkutskdakı 1 saylı istintaq təcridxanasının təkadamlıq kamerasında həyat əlamətləri olmadan tapılıb.
Reaksiya.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə mediaya Federal Penitensiar Xidmətin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.
O, fevralın 4-də günorta saatlarında aşkarlanıb və dərhal həkimlər, müstəntiqlər və prokurorlar çağırılıb. Rəsmi versiyaya görə, Bakiyev intihar edib.
İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Eva Merkaçova hesab edir ki, Bakiyevə işgəncə verilib. O, silah saxlamağa görə cəza çəkdiyi İrkutsk koloniyasının (İK-6) əməkdaşlarının zorakılığından danışdıqdan sonra dəmir barmaqlıqlar arxasında ona edilən təzyiqlərdən dəfələrlə şikayət edib. İki il əvvəl o, şvabra ilə zorlanıb. Təhlükəsizliyini təmin etməyi xahiş etdiyi müraciətdə məhkum yazıb: "Onurğam zədələnib, bağırsaqlarım cırılıb, mədəmdə kolostomiya torbası var".
Bakiyevə işgəncə verməkdə ittiham olunan penitensiar xidmət əməkdaşlarının istintaqı zamanı o, başqa bölgəyə aparılmayıb.
Məhkum təqsirləndirilən şəxslərin - İK-6-nın keçmiş rəisi Aleksey Aqapov və koloniyanın əməkdaşları Aleksey Mednikov və Anton Eroxinin işgəncə işi üzrə zərərçəkmiş şəxs olub. Onları vəzifə səlahiyyətlərindən sui-istifadədə və ağır nəticələrə səbəb olan zorakılıqda ittiham edərək, ümumi rejimli koloniyada 5 il cəza kəsilib.
Seksual xarakterli zorakılıq hərəkətlərində təqsirləndirilən İK-6-nın altı məhbusuna qarşı ikinci iş üzrə hələlik hökm yoxdur.
Şərhlər