Pakistanda güclü partlayış: Azı 25 nəfər ölüb

07.02.2024 13:45     Dünyadan reaksiya     80

Pakistanın Bəlucistan əyalətində ard-arda iki güclü partlayış baş verib.

Bu barədə yerli KİV məlumat verib.

Yayılan ilkin məlumata görə, partlayış nəticəsində 25 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Lakin ölən və yaralıların sayının yüksələcəyi istisna edilmir.

Qeyd edək ki, sabah Pakistanda milli və əyalət məclislərinə seçki keçiriləcək. Seçkidən sonra ölkədə yeni hökumət qurulacaq.

Partlayışın seçki prosesinə müdaxilə məqsədi ilə törədildiyi istisna edilmir.

Reaksiya.az

Şərhlər