İran ABŞ gəmilərini vurmağa yardım edir – NBC

07.02.2024 16:30     Dünyadan reaksiya     124

ABŞ-ın bölgədəki İrana bağlı silahlı qruplaşmaların mövqelərinə hücumlarına baxmayaraq, Tehran hökuməti proksi qüvvələrə silah-sursat və informasiya dəstəyini davam etdirir. Reaksiya.az xəbər verir ki, bunu “NBC Nyus” ABŞ rəsmilərinə istinadən yazıb. Məlumata görə, Yəmən husiləri Amerika qüvvələrinin bölgədəki yerini müəyyənləşdirmək və Qırmızı dənizdəki ticarət gəmilərini daha dəqiq hədəfə ala bilmək üçün İranın kəşfiyyat dəstəyindən yararlanırlar. Son bir neçə ay ərzində Qırmızı dənizdə və Ədən körfəzində İran bayrağı altında üzən “Behşad” gəmisi elektron nəzarət avadanlığından istifadə edərək husilərə ticarət gəmiləri haqqında məlumat ötürür. Qeyd edək ki, Yəmən husilərinin lideri Əbdül Malik əl-Husi fevralın 6-da bəyanat yayaraq, Qəzzada müharibənin davam edəcəyi təqdirdə başçılıq etdiyi qruplaşmanın bölgədə hücumlarını gücləndirəcəyi ilə təhdid edib. Reaksiya.az

Şərhlər