Gözlər Ərdoğanda - Bugün son gün - VİDEO

23.08.2015 13:03     Dünyadan reaksiya     2866

Hökumət qurulması üçün lazım olan 45 günlük müddət dolur

Türkiyədə hökumətin qurulması üçün Konstitusiyadakı 45 günlük müddət bu gün bitir.

Bundan sonrakı prosesdə prezident Ərdoğan yeni seçkinin keçirilməsi haqda fikrini açıqlayacaq.

Reaksiya.az xəbər verir ki, Ərdoğan iyul ayının 9-da 63-cü hökuməti qurmaq vəzifəsini AKP-nin sədri, Konya millət vəkili Əhməd Davudoğluya tapşırmışdı.

Ancaq Davudoğlunun CHP, MHP və HDP rəsmilərilə görüşü heç bir nəticə verməyib.

Yeni seçkilərin isə təxminən noyabr ayının 1-də keçiriləcəyi gözlənilir.

Şərhlər

Çox oxunanlar