2 gündə 41 PKK-lı terrorçu öldürüldü

23.08.2015 13:26     Dünyadan reaksiya     2594

Türkiyə Silahlı Qüvvələrinin Kandil  və Şırnakda həyata keçirdiyi  quru və hava əməliyyatlarında, ümumilikdə 41 terrorçu zərərsizləşdirilib.

Reaksiya.az xəbər verir ki, avqustun 20-də Kandildə keçirilən hava zərbələri nəticəsində ilk təsbitlərə görə 29 separatçı, avqustun 21-də isə Şırnakın Uludərə rayonunda 12 terrorçu öldürülüb.

Digər tərəfdən, Tuncelinin Ovacık və Pülümür rayonları arasında yerləşən PKK-nın mağaralarına raketlər atılıb, avia zərbələr endirilib.

PKK isə ölən və ya yaralananların sayı haqda hələlik məlumat verməyib.

Şərhlər

Çox oxunanlar