Britaniya Rusiyanın hədəfini göstərdi: Ələ keçirmək istəyirlər

08.02.2024 16:21     Dünyadan reaksiya     126

Rusiya ordusu Ukraynanın Avdiv şəhərinə hücumu zamanı idarəolunan hava bombaları ilə zərbələri 66 faiz artırıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Avdiv Rusiya qüvvələrinin əsas hədəfi olaraq qalır. Ruslar şəhərin küçə döyüşlərinin getdiyi cənub-şərq istiqamətində hücumu davam etdirirlər.

“Son iki həftə ərzində Rusiyanın Avdiv sektorunda əlavə qüvvələr yerləşdirdiyi və Ukrayna ordusunun şəhərdəki mövqelərinə təzyiqi artırdığı güman edilir. Ukrayna əsas təchizat marşrutundan istifadəni təmin etmək üçün əks-hücum həyata keçirir”, - məlumatda deyilir.

Rusiya ordusu son dörd həftə ərzində şəhərə 600-ə yaxın idarəolunan raket atıb.

Britaniya kəşfiyyatının məlumatına görə, ruslar fevralın 5-dən idarəolunan sursatlarla zərbələrinin sayını gündə 30-dan 50-yə çatdırıblar, bu da son iki həftə ərzində 66 faiz artım deməkdir. Bununla belə, Rusiya qırıcıları Ukrayna sistemlərinin daimi təhlükəsi səbəbindən sursatları uzaq məsafədən atmağa məcbur olurlar.

“Rusiya yaxın bir neçə həftə ərzində hücum tempini saxlayacaq, səylərini dəstəkləmək üçün əsasən taktiki hava vasitələrindən istifadə edəcək”, - kəşfiyyat vurğulayıb.

Reaksiya.az

 

Şərhlər