Aleksanyandan “daşnaklar”ın iddiasına sərt təpki: “Van, Muş, Ərzurum...”

08.02.2024 17:30     Dünyadan reaksiya     126

“Daşnaksütyun” Partiyasına (əslində terror təşkilatı) görə Ermənistanı “vətənin qalığı” hesab edir.

Reaksiya.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

Deputat “daşnaklar”ın qonşu ölkələrə (Azərbaycan və Türkiyə) qarşı ərazi iddialarına etiraz edib:

“Bizə deyirlər ki, siz bizi 29.8 min kvadratkilometrlə məhdudlaşdırmaq istəyirsiniz. Söhbət nədən gedir? Bəli, Ermənistanın bəzi siyasi müxalifət dairələri Ermənistana belə yanaşır. Bəzi müxalifət dairələri üçün Ermənistan vətən deyil, “Ermənistanın qalığı”dır. Bizim “əsl vətənimiz”in Van, Ərzurum, Muş və sair olduğunu deyirlər. Məhz bu düşüncə tərzi o insanlara (“daşnaklar”) imkan və mənəvi zəmin verdi ki, Ermənistanı illər boyu təzyiq altında qalsın. Çünki Ermənistan onların vətəni deyil, onların təxəyyülünə görə “vətənin qalığı”dır”.

Reaksiya.az

 

Şərhlər