İranda daha bir məhkumun barmaqları kəsildi

08.02.2024 17:45     Dünyadan reaksiya     118

Bu gün Qum şəhərinin həbsxanasında məhbusların gözü qarşısında oğurluqda günahlandırılan Yusif .T adlı məhkumun barmaqları kəsilib.

Reaksiya.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, məhkum SEPAH zabitinə məxsus 5 qoyunu oğurlamaqda günahlandırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb.

Reaksiya.az

Şərhlər