İsveçrə diplomatiyası uğursuzluğa məhkumdur - Səfir

08.02.2024 19:45     Dünyadan reaksiya     125

Rusiyanın iştirakı olmadan Ukrayna üzrə konfrans nəticəsiz məsləhətləşmələrin növbəti mərhələsi olacaq.

Reaksiya.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin deyib.

O, Bernin belə bir forumun təşkilini öz üzərinə götürmək qərarını açıq şəkildə uğursuzluğa məhkum olan təşəbbüs kimi qiymətləndirib:

“Söhbət dünyanın əksər ölkələrinə Zelenskinin sülh formulunu Ukraynadakı vəziyyətin həlli üçün guya mübahisəsiz format kimi tətbiq etmək cəhdindən gedir. İsveçrə diplomatiyası uğursuzluğa məhkum olan təşəbbüsə qoşulmağa qərar verdi”, - diplomat vurğulayıb.

Reaksiya.az

Şərhlər