CAR prezidenti: “Ukrayna böhranının həllində irəliləyiş əldə olunub”
09.02.2024 10:30 Dünyadan reaksiya 121
Afrika ölkələri Ukrayna böhranının həlli yollarını axtarmağa davam edir və bu işdə irəliləyiş var.
“Report”un məlumatına görə, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa xalqa illik müraciətində bildirib.
“Ukraynadakı böhranın həlli yollarının tapılmasında bizim və digər Afrika ölkələrinin iştirakı davam edir, irəliləyiş var. Biz inanırıq ki, ən mürəkkəb münaqişələr belə siyasi və danışıqlar yolu ilə həll edilə bilər”, - deyə, o bildirib.
Ramaposa qeyd edib ki, Ukraynadakı müharibə Cənubi Afrika və bütövlükdə Afrikanın iqtisadiyyatına və sosial həyatına mənfi təsir göstərir.
Şərhlər