Aİ: "Ukraynanın hərbi rəhbərliyində dəyişikliklərə baxmayaraq, Kiyevə dəstəyimiz davam edəcək"
09.02.2024 20:15 Dünyadan reaksiya 168
Ukraynanın ali hərbi rəhbərliyində dəyişikliklər ölkənin daxili işidir və Avropa İttifaqının Kiyevə dəstəyinə təsir göstərməyəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Nəbilə Massralı Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Bu, Ukraynanın daxili işidir. İstənilən belə dəyişikliklər ölkənin ali siyasi rəhbərliyinin səlahiyyətinə aiddir. Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam etməkdə israrlıdır”, - o deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Silahlı Qüvvələrin Baş Komandanı general-polkovnik Valeri Zalujnını vəzifəsindən azad edib. Dövlət başçısı bu vəzifəyə Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırskini gətirib.
Şərhlər