Türkiyədə terror aktı ilə bağlı saxlanılanların sayı 100-ü keçib

10.02.2024 09:00     Dünyadan reaksiya     126

Fevralın 6-da İstanbulda Ədliyyə Sarayında törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb.

Bu barədə Türkiyənin Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç məlumat verib.

“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. Hərtərəfli, o cümlədən xarici qüvvələrlə əlaqəyə görə istintaq aparılır”, - nazir bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar