Los-Anceles yaxınlığında son yarımilin ən güclü zəlzələsi olub
10.02.2024 12:30 Dünyadan reaksiya 122
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinin yaxınlığında 4,6 maqnitudalı zəlzələ olub.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin
Verilənlərə əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə 01:47-də qeydə alınıb. Zəlzələnin ocağı Los-Anceles dairəsindəki Malibu şəhərindən 11 km aralıda yerləşib. Təbiət hadisəsinin episentri 15,3 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməsə də, yerli KİV-ə görə, zəlzələ ştatın mərkəzi şəhəri Los-Ancelesdə hiss olunub, meqapolisdə binalar silkələnib.
Xatırladaq ki, sözügedən bölgədə bundan güclü sonuncu zəlzələ ötən ilin avqustunda qeydə alınıb. O zaman seysmoloji hadisənin maqnitudası 5,1 olub.
Şərhlər