Vaşinqton Afina ilə razılaşdı: Ayda baza yaradılır
10.02.2024 13:30 Dünyadan reaksiya 163
Yunanıstan “Artemida sazişi”ni imzalayan 35-ci ölkə olub. Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenlə Yunanıstan xarici işlər naziri Giorgos Gerapetritis arasında müqavilə imzalanıb. İki ölkə arasında kosmos sahəsində əməkdaşlıqdan məmnun olduğunu qeyd edən Blinken, “Artemida sazişi”nin getdikcə daha çox ölkələri cəlb etdiyini vurğulayıb. Qeyd edək ki, ABŞ “Artemida sazişi” çərçivəsində Ayda daimi baza yaratmağı və Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi, eyni zamanda orada qiymətli metalların çıxarılmasını nəzərdə tutur. Reaksiya.az
Şərhlər